Günəşdə yeni güclü partlayış oldu
Alimlər gün ərzində Günəşdə ikinci ən yüksək dərəcəli partlayışı qeydə alıblar.
“Turanın səsi ” xəbər verir ki, partlayış qısa dalğalı radio rabitəsinin kəsilməsi ilə müşayiət olunub.
Bildirilib ki, bu, mayın 11-də şənbə günü qeydə alınan ən yüksək dərəcəli ikinci partlayış olub.
Son iki həftə ərzində bu sinifdən olan 12 partlayış baş verib. Partlayışlar nəticəsində Yer kürəsində güclü maqnit qasırğası başlayıb.