Günəşdə güclü partlayış baş verib

0

Yanvarın 9-da Günəşdə güclü partlayış baş verib”.

turanın səsi ” xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının (REA) Lebedev adına Fizika İnstitutunun Günəşin rentgen astronomiyası laboratoriyası məlumat yayıb.

Qeyd olunub ki, X1.9 sinifli partlayış Bakı vaxtı ilə saat 22:37-də başlayıb, 22:50-də pik həddə çatıb və 22:57-də isə başa çatıb.

Günəşdə güclü partlayış Yerdə maqnit qasırğalarına səbəb olur. Bu da elektrik şəbəkələrinin sıradan çıxmasına, quşların və heyvanların miqrasiya yollarına təsir göstərir. Eyni zamanda təbiət hadisəsi qısadalğalı rabitə və naviqasiya sistemlərində pozuntulara, sənaye şəbəkələrində elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər.

Maqnit qasırğaları da insanlara müxtəlif yollarla təsir edir. Meteohəssas insanlar, yaşlılar və xroniki xəstəliklərin sahibləri onun təsirinə ən çox həssasdırlar. Qasırğanın ən çox görülən əlamətləri bunlardır: baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq.

Belə günlərdə daha çox su içmək, həmçinin bitki çaylarından istifadə, siqaret, qəhvə, spirt və enerji içkilərindən imtina etmək, tez-tez açıq havada olmaq, az yağlı qidalar yemək, gündə azı 7 saat yatmaq tövsiyə edilir.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

B ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir