Göyçə-Zəngəzur Respublikasının prezidenti Rizvan Talıbov Ankarada Zəngəzur Respublikasının ilk nümayəndəliyinin açılışını elan edib

0

🇹🇷🇦🇿 Göyçə-Zəngəzur Respublikasının (Zəngəzur Respublikası) prezidenti Rizvan Talıbov Ankarada Zəngəzur Respublikasının ilk nümayəndəliyinin açılışını elan edib. Açılışda Zəngəzur Respublikasının bayrağı da təqdim olunub.
Azərbaycanın 200-dən çox ziyalı nümayəndəsi Göyçə-Zəngəzur Respublikasının (GZR) yaradılması ilə bağlı bəyanat yayıb. Göyçə-Zəngəzur Respublikası prezident üsul-idarəsi ilə idarə olunan demokratik respublikadır. Göyçə-Zəngəzur Respublikasının Milli Məclisi (parlamenti) 75 (yetmiş beş) deputatdan ibarətdir. Növbəti çağırış GZR Milli Məclisinin deputatları 5 (beş) ildən sonra keçiriləcək azad, demokratik seçkilər yolu ilə seçilirlər. Bir ay ərzində Göyçə-Zəngəzur Respublikası Milli Məclisinin ilk iclası keçiriləcək. GZR Milli Məclisinin sədri (sədr), birinci müavini, iki müavini, katibliyi, komitə və komissiyaları bu iclasda səsvermə yolu ilə müəyyən ediləcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir