Geomaqnit qasırğası maksimum həddədir

0

“Hazırda dünyanın bir çox yerində, həmçinin ölkəmizdə geomaqnit qasırğası maksimum həddə müşahidə olunur”.

turaninsesi.az” xəbər verir ki, bunu Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Səbahəddin Alışov deyib.

Onun sözlərinə görə, Günəşdə aktiv və sakit dövr təxminən 11 ildən bir əvəzlənir. Hazırda Günəş 11 illik aktivliyinin maksimumuna yaxın olduğundan tez-tez geomaqnit qasırğaları baş verir.

“Son bir həftədə Günəşin fəallığı yenidən artıb və sonuncu dəfə X4.5 sinifli alışma baş verib. Sentyabrın 14-də 3825 nömrəli regionda baş vermiş alışma Tac kütlənin atılması (Plazma atılması) ilə müşayiət olunub. Plazma atılmasının təsiri isə Yerə adətən 2-3 günə çatır. Əvvəlki günlərdə də oxşar proseslər baş verdiyindən onların təsiri dünəndən geomaqnit qasırğası səviyyəsində gözlənilirdi. G3 səviyyəli (güclü) geomaqnit qasırğası proqnozlaşdırılsa da, bu gün sutkanın ilk saatlarından qasırğanın gücü artıb və yerli vaxtla 07:00-da G4 səviyyəsi (şiddətli qasırğa) qeydə alınıb. Hazırda geomaqnit qasırğası davam edir. Geomaqnit qasırğası Şimal en dairələrində qütb parıltılarının görünməsinə də səbəb olub”, – deyə S.Alışov əlavə edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir