Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Qəbələ şəhərində vətəndaşların qəbulu keçirilir

0

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 19 avqust 2022-ci il tarixində Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin inzibati binasında Qəbələ və Oğuz rayonlarının sakinlərinin qəbulunu keçirir.

Əvvəlcə, nazir K.Heydərov xalqımızın ümummilli lideri Heydər Əliyevin Regional Mərkəzin həyətində ucaldılmış büstünü ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin strukturuna daxil olan qurumların rəhbərləri və baş idarə rəisləri də vətəndaşları qəbul edir.

Hazırda qəbul davam edir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir