Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi
Ermənistan ordusu Azərbaycana təhvil verilən Qazaxın kəndlərindən geri çəkilib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazan açıqlayıb.
“Vəziyyət olduqca mürəkkəbdir. Aylarla, günlərlə düşündüyümüz reallığa çevrildi – ordumuz mövqelərimizdən geri çəkildi. Artıq deyirlər ki, mövqelərimiz üzərində Azərbaycan bayrağı dalğalanır. Gülməli vəziyyətdir, ordu düşmənə qapı açır və xalq öz polisinə, ordusuna qarşı döyüşür, – o Kirants kəndində deyib.