DSX-nin hərbi hissələrində gənc əsgərlər and içiblər

0


May ayının 12-də Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Bu barədə “turanın səsi ” nə qurumun Mətbuat Mərkəzindən bildirilib.

Mərasimlərdə hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib, Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

Tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, dövlət başçısının tapşırığı əsasında cari ilin aprel ayının 23-də Ermənistan-Azərbaycan dövlət sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərindəki körpünün üstündə sərhəd-buraxılış məntəqəsinin qurulması, fəxarət rəmzimiz olan 3 rəngli dövlət bayrağımızın qaldırılması ilə sərhədlərimizin bütövlüyünün təmin edilməsini xüsusi vurğulayıblar.

Vətənə, dövlətə, xalqa və dövlətçiliyə sədaqət andı içərək müqəddəs dövlət sərhədlərini şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlər hərbi anda daim sadiq qalacaqlarını əminliklə ifadə ediblər.

Valideynlər yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Andiçmə mərasimi başa çatdıqdan sonra valideynlərlə görüş keçirilmiş, onları maraqlandıran suallar cavablandırılıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir