Dövlət Komitəsində kollegiya iclası keçirilib
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Dövlət Komitəsindən məlumat verilib .
Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən ildə ölkəmizin hərtərəfli inkişaf etdiyi, sosial-iqtisadi tərəqqinin dinamik xarakter daşıdığı, xüsusən, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, həmçinin məcburi köçkünlərin doğma yurda qayıdışının tezləşdirilməsi üçün genişmiqyaslı quruculuq işlərinin aparıldığı, təhlükəsizlik tədbirlərinin görüldüyü vurğulanıb. Qeyd olunub ki, dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri, Böyük Qayıdışla bağlı tədbirlərin icrası vəziyyətini yerində şəxsən öyrənmələri məcburi köçkünlərdə dərin razılıq və minnətdarlıq hissi doğurur.
Kollegiya iclasında Böyük Qayıdışla bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, mediada işıqlandırılması, məcburi köçkünlərin könüllü qayıdışının stimullaşdırılması məqsədi ilə təbliğat və təşviqat işinin təşkilində beynəlxalq standartların tətbiqi, komitənin yerli bölmələrinin fəaliyyəti və onların işinin təkmilləşdirilməsi, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, komitənin aparatında və tabe təşkilatlarda kargüzarlığın aparılması vəziyyəti, icra intizamı, habelə Mənzil İstismar Departamentinin balansında olan mənzil fondunun istismarı və istifadəsi məsələləri barədə struktur bölmələrin rəhbərlərinin məruzələri dinlənilib, müzakirələr aparılıb.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar qarşıda mühüm vəzifələr durduğunu, onların tam və vaxtında yerinə yetirilməsi üçün bütün imkanların səfərbər edildiyini bildirib. Diqqətə çatdırıb ki, ölkə rəhbərinin tapşırığına əsasən, bu il Laçın şəhəri, Zabux və Sus kəndlərinin, Şuşa və Zəngilan sakinlərinin doğma yurda qayıdışı təmin edilməlidir.
Kollegiya iclasında dövlət komitəsinin 2023-cü il üçün iş planının müzakirəsı aparılıb və müvafiq qərarlar qəbul edilib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09