Bu gün Rusiyaya uçan daha bir təyyarəmiz geri qayıtdı –  Dron hücumuna görə

Səhər saatlarında Bakıdan Mineralnıye Vodı istiqamətində uçan AZAL təyyarəsi dron hücumları səbəbindən geri dönüb.

turaninsesi.az” xəbər verir ki, bu barədə jurnalist Şakir Eminbəyli sosial şəbəkə hesabında paylaşım edib.

Məsələ barədə Azərbaycan Hava Yollarına (AZAL) sorğu ünvanladıq. Qurumdan bildirildi ki, bununla bağlı tezliklə açıqlama veriləcək. Görüntüləri isə “Flightradar24” paylaşıb.