Baş Prokurorluq Sabirabadda regional konfrans keçirəcək
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aprelin 18-də Sabirabadda ətraf region prokurorluqlarının məsul əməkdaşları, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə konfrans təşkil ediləcək.
“Turanın səsi ” xəbər verir ki, konfransda, həmçinin, Baş Prokurorluq və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məsul şəxsləri iştirak edəcək.
Eyni zamanda yüksək səviyyəli konfransa regional media nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin qatılacağı bildirilir.
Xatırladaq ki, Baş Prokurorluq tərəfindən bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba, Bərdə və Zaqatala şəhərlərində regional konfranslar təşkil olunub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI