Baş Prokurorluğun əməkdaşları təhqiqat üçün Qroznıya yollandı

Azərbaycan Baş Prokurorluğunun əməkdaşları “Azərbaycan Arilines” (AZAL) təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılması çərçivəsində Qroznıya ezam olunub və rusiyalı həmkarları ilə birgə araşdırma aparırlar.

turaninsesi.az” xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib:

“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı başlanmış cinayət işi üzrə təyyarə qəzasının obyektiv səbəblərinin müəyyən edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Baş Prokurorluğun bir qrup əməkdaşı Qroznı şəhərinə ezam olunub və Rusiya Federasiyası Baş Prokurorluğundan olan həmkarları ilə birlikdə təyyarənin qəzaya uğrama səbəblərinin araşdırılması çərçivəsində istintaq və digər prosessual hərəkətləri həyata keçirirlər”.

Baş prokurorun müavini Elmar Camalovun rəhbərliyi ilə dekabrın 25-də Aktauya ezam olunmuş prokurorların daha bir qrupu qazaxıstanlı həmkarları ilə birgə qəza yerində işlərini davam etdirir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI