Balakəndə tövlə yanıb, yüzlərlə cücə tələf olub
Balakən rayonunun Gərəkli kəndində mal tövləsində yanğın baş verib, 300-dən çox cücə yanaraq tələf olub.
“Turanın səsi ” in Şimal-qərb bürosunun məlumatına görə, kənd sakini 64 yaşlı Rauf İsmayılova məxsus mal tövləsində baş verən yanğın nəticəsində 50 kvadrat metr sahə və içərisində olan 300 ədəd cücə yanaraq tələf olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.
Ümumi sahəsi 90 kvadrat metr olan tövlənin qalan hissəsi yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09