Bakıdan Xankəndiyə növbəti humanitar yardım yola salınıb

Sentyabrın 26-da Bakıdan Xankəndiyə növbəti humanitar yardım göndərilib.

Turanın səsi” in məlumatına görə, 4 yük maşınından ibarət humanitar yardım Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Yardıma 40 ton un, gigiyenik vasitələr, yataq dəstləri daxildir. Humanitar yardım Xankəndiyə çatdırılacaq.

Həmçinin, növbəti təcili tibbi yardım maşını Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə tibbi ləvazimatlar aparır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir