Bakıda “Prius” əvvəlcə dirəyə, daha sonra keçidə çırpılıb

0

Bakıda “Prius” markalı avtomobil əvvəlcə dirəyə, daha sonra keçidə çırpılıb.

Turanın səsi ”  xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində baş verib.

Belə ki, taksi kimi fəaliyyət göstərən “Toyota Prius” markalı avtomobil idarəetmədən çıxıb, əvvəlcə dirəyə, daha sonra “Qış Parkı” ərzisindəki yeraltı keçidin tininə çırpılıb.

Taksi sürücüsünün sözlərinə görə, hadisə zamanı avtomobildə 3 müştəri olub. Onlardan heç biri xəsarət almayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir