Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun “Sülh və təhlükəsizlik naminə elm proqramı” çərçivəsində Müdafiə Nazirliyinin və digər dövlət strukturlarının aidiyyəti nümayəndələri üçün “Post kvantum kriptoqrafiyası üzrə orta və təkmilləşdirilmiş təlim kursu” keçirilir.
Kurs müddətində iştirakçılara müxtəlif mövzularda brifinqlər təqdim olunur, mövzulara dair ətraflı fikir mübadiləsi aparılır, eyni zamanda, praktiki qrup çalışmaları yerinə yetirilir.