Bakıda avtomobil aşıb: sürücü ölüb, qardaşı xəsarət alıb


Bakıda avtomobil aşıb, sürücü ölüb, qardaşı xəsarət alıb.

Turanın səsi ” in xəbərinə görə, hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Şiriyev Tural Araz oğlu icarə götürdüyü “Hyundai Sonata” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra maşın yol kənarındakı maneəyə çırpılıb. Nəticədə T.Şiriyev hadisə yerində ölüb, avtomobildə sərnişin qismində olmuş qardaşı, 2000-ci il təvəllüdlü Turqay Şiriyev isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir