Bakı Ağır Cinayətlər Məhkəməsində bir sıra proseslər təxirə salınıb

0

Bakı Ağır Cinayətlər Məhkəməsində qarlı hava şəraiti ilə əlaqədar olaraq bir çox məhkəmə prosesləri təxirə salınıb.

turanın səsi ” xəbər verir ki , bu barədə  Bakı Ağır Cinayətlər məhkəməsinin hakim-spikeri Telman Hüseynov məlumat yayıb.

Onun sözlərinə görə, hazırda müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq yollarda hərəkətin çətinləşməsi səbəbilə təqsirləndirilən şəxslərin istintaq təcridxanalarından məhkəmə prosesinə gətirilməsində, həmçinin zərərçəkmiş, şahid və digər proses iştirakçılarının məhkəməyə gəlməsində problemlər yaranıb:

“O təsdiqləndirilən şəxslər ki, barəsində həbs qəti-imkan tədbiri seçilib və istintaq təcridxanasında saxlanılır, onların məhkəmə prosesləri təxirə salınıb. Lakin barələrində həbslə əlaqədar olmayan qəti imkan tədbiri seçilən şəxslər (polis nəzarəti, ev dustaqlığı) altında olan şəxslərin prosesləri isə keçiriləcək”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir