Bərdə-Yevlax dəmiryolunda teplovoz minik avtomobili ilə toqquşub, xəsarət alanlar var

25 iyul saat 03:50 radələrində Azərbaycan Dəmir Yollarına (ADY) məxsus teplovoz Bərdə-Yevlax mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 32-BC-687 olan “Chevrolet Cruze” markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edib.

Turanın səsi ” xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.

Maşinist tərəfindən təcili tormozlanma aparılsa da tormoz məsafəsi az olduğundan toqquşma qaçılmaz olub. Hadisə nəticəsində avtomobilin sürücüsü və 1 sərnişin xəsarət alıb, yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

“ADY olaraq bir daha nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının “Yol-Hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərində qatara yol verməklə hərəkətlərini davam etdirməyə çağırırıq”, – QSC-dən bildirilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir