Azərbaycanla bağlı son dəqiqə açıqlaması: Zəlzələ olacaq? 

0

Türkiyədə yeraltı təkanlar yenidən aktivləşməyə başlayıb. Artıq bir neçə gündür ki, hiss ediləcək dərəcədə zəlzələ qeydə alınır. Bunlardan biri və ən güclüsü ötən gün Tokat ərazisində başa verib. Qonşu ölkə olduğu üçün Azərbaycanda da güclü və hiss edilən formada yeraltı təkanların baş verəcəyi ilə bağlı bir sıra iddialar səslənməyə başlayıb. 

Turanın səsi ” xəbər verir ki , Məsələ ilə bağlı Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev danışıb. Qeyd edib ki, bu il dünya ərazisində analoji hadisələrin baş vermə ehtimalı olduqca yüksəkdir: 

“Bir neçə müddətdir ki, Türkiyədə davamlı, arcıdıl zəlzələ baş verir. Tokat vilayətində 5,6 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Məndə olan məlumata əsasən, İzmir şəhərində də analoji hadisə təkrarlanıb. Seysmik və tektonik aktivlik dünya miqyasında davam edir. İlboyu bu tendensiya belə davam edəcək. Yaponiya, Flippin adalarında, İndoneziyada, Amerika və Avropada yeraltı təkanlar özünü göstərməyə davam edəcək. Sözügedən aktivlik qaçınılmazdır, çünki dövrilik müddətini yaşayır. Biz də bunun şahidi olacağıq”. 

Seysmoloq Azərbaycanda güclü zəlzələ olacağı ilə bağlı iddiaları belə cavablandırıb: 

“Seysmoloji aktivlik Azərbaycana təsirsiz ötüşməyəcək. Göründüyü kimi, artıq Türkiyə ərazisində hərəkətlilik müşahidə olunur. Həmçinin, bir müddət öncə İranda da zəlzələ qeydə alınmışdı. Bu da onu göstərir ki, ölkəmiz seysmik aktivlikdən kənarda qalmayacaq. Fiziki qanunlara əsasən, qonşu piltələrin dinamikasını müşahidə etməklə, ola bilməz ki, Azərbaycanın ərazisi stabil durumda fəaliyyətini davam etdirsin. Sadəcə, ölkəmizin yerləşdiyi piltələr, qırılma və pozulmaların sürəti digər ölkələrdən nisbətən aşağıdır. Amma bu o demək deyil ki, Azərbaycan sabit qalıb titrəyişlərə məruz qalmayacaq. 

Zəlzələnin gücünə gəldikdə isə, bunu heç bir seysmoloq əvvəlcədən dəqiqliklə açıqlaya bilməz. Ancaq hiss olunan yeraltı təkanlar baş verəcək. Bu tip zəlzələlər ölkəmizdə qaçılmazdır. Xəzər dənizində, Oğuz-Qələbə, Talış və Quba-Şabran ərazisində hiss olunan zəlzələlərinin baş vermə ehtimalı daha çoxdur”. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir