Azərbaycanda zəlzələ olub
Hacıqabul rayonunda 3,2 maqnitudada zəlzələ olub.
Bu barədə “Turanın səsi ” nə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 04:24-də Şirvan stansiyasından 16 kilometr şimal-qərbdə Hacıqabul rayonunda qeydə alınıb. Ocağı 17 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI