Azərbaycanda zəlzələ olub
Noyabrın 20-də Pirqulu stansiyasından 14 km cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
“turaninsesi.az” xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, yerli vaxtla saat 05:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.7-ə bərabər olub.