Azərbaycanda zəlzələ nəticəsində dəmir yolu infrastrukturuna ziyan dəyməyib
Bu gecə saat 00:01-də Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra dəmir yolu infrastrukturuna operativ baxış keçirən “Azərbaycan Dəmir Yolları” QSC-nin Fövqəladə Hallar Komissiyası öz işini yekunlaşdırıb.
“Turanın səsi ” səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməyib.
Hazırda yük və sərnişin qatarları qrafik üzrə hərəkətlərini davam etdirirlər.