Azərbaycanda dövlət qeydiyyatı olmayan 128 adda dərman vasitəsi satışdan çıxarılaraq saxlanca götürülüb
Keçən il müddətində müəyyən edilmiş qaydada ümumilikdə 361 əczaçılıq müəssisəsində plan üzrə və plandankənar nəzarət yoxlaması aparılıb.
“Turanın səsi ” in xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib.
Hesabatda qeyd olunub ki, keçirilən nəzarət yoxlamaları nəticəsində dövlət qeydiyyatı və ya sertifikatı olmayan 128 adda 285 qutu dərman vasitəsi apteklərin məsul şəxslərinin imzalı razılığı ilə satışdan çıxarılaraq saxlanca götürülüb, nöqsanlar aşkarlanan 82 əczaçılıq müəssisəsinə İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun protokol tərtib edilib.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI