Azərbaycan və Gürcüstan Qara dəniz sualtı elektrik xəttinin reallaşdırılmasını müzakirə edib
Energetika naziri Pərviz Şahbazov Gürcüstanın baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.
“Turanın səsi” xəbər verir ki, bu barədə azərbaycanlı nazir “twitter”də yazıb.
“Qara dəniz sualtı elektrik xəttinin reallaşdırılması, elektrik enerjisinin ixracı və tranzit imkanlarının artırılması, eləcə də digər istiqamətlərdə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə etdik”, – deyə o, qeyd edib.