Azərbaycan beş erməni hərbçisini qarşı tərəfə təhvil verib

0

Azərbaycan beş erməni hərbçisini qarşı tərəfə təhvil verib.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Qeyd edilib ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, sentyabrın 8-də aşağıda adları qeyd olunan 5 nəfər Ermənistan hərbçisini azad edib və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verib:

– Aqramanyan Martin Muşeqoviç – 23.05.1997-ci il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

– Gevorkyan Aşot Artakoviç – 30.06.1997-ci il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

– Qriqoryan Feliks Arşakoviç – 23.12.1996-cı il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

– Manukyan Varazdat Amuşavan – 07.07.1990-cı il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

– Hovsepyan Edik Tiqrani – 02.08.1999-cu il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir