ANAMA işçi axtarır
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə Ağdam, Qubadlı, Laçın, Zəngilan, Cəbrayıl və Xocavənd mobil bazalarında aşpaz, qabyuyan, xadimə, avtoçilingər, avtoelektrik, elektrik-texniki təmir işləri üzrə mütəxəssis, anbardar, gözətçi, fəhlə, bağban vəzifələrində işləmək istəyənlər üçün sənəd qəbulu elan edib.
ANAMA-dan “Turanın səsi ” nə verilən məlumata görə, maraqlananlar əlaqə telefonu göstərməklə sənədlərini career@anama.gov.az ünvanına göndərməlidir.
• müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
• şəxsiyyət vəsiqəsinin surəti;
• təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);
• əmək kitabçasının surəti (olduğu halda).
Sənəd qəbulu cari ilin 30 dekabr tarixinədək həyata keçiriləcək.
Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.
Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI