Aktauda qəzaya uğrayan AZAL təyyarəsinin qalıqları hadisə yerindən daşındı
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycanın AZAL aviaşirkətinə məxsus təyyarənin quyruq hissəsi hadisə yerindən çıxarılıb.
“turaninsesi.az“-ın məlumata görə, görüntüləri yerli “Telegram” kanalları paylaşıb.
Kadrlarda təyyarənin qalıqlarının yük maşını ilə aparıldığı əks olunub.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI