Ağır yol qəzası baş verdi: Xəsarət alanlar var

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BEY.AZ-ın yerli bürosunun xəbərinə görə, 1992-ci il təvəllüdlü Süleymanlı Fəhmin Şahin oğlu “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib.

Bu zaman maşın yoldan çıxaraq mal-qara fermasının hasarına çırpılıb.

Hadisə zamanı sürücü Fəhmin Süleymanlı və sərnişinlər – 1956-cı il təvəllüdlü Behbudova Südabə Nəsrəddin qızı, 1980-ci il təvəllüdlü Nuriyev Famil Rafiq oğlu xəsarət alıb.

Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Google News Abone ol

Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir