“Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri azad olunmuş digər ərazilərdə də həyata keçiriləcək
“Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin azad olunmuş digər ərazilərdə də həyata keçirilməsi planlaşdırılır.
“Turanın səsi ” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix ilə görüşündə deyib.
Prezident Zəngilan rayonunda “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin uğurla icra olunduğunu qeyd edib, bu işlərin işğaldan azad olunmuş digər ərazilərdə də həyata keçirilməsinin planlaşdırıldığını vurğulayıb.
Dövlət başçısı “CISCO” şirkəti tərəfindən hazırlanan “Azərbaycanın ağıllı şəhər strukturu barədə məruzə”yə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycanda su resurslarından istifadə olunmasında “CISCO” şirkətinin texnologiyalarının tətbiqi məsələlərindən danışılıb, təhsil və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09