Ağdamda insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkarlanması ilə bağlı araşdırma aparılır
Ağdam rayonunda minatəmizləmə işləri zamanı insan sümüklərinə bənzər sümük fraqmentləri aşkarlanıb.
“Turanın səsi ” xəbər verir ki , bu Barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
“İyulun 14-ü Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində minatəmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır”, – məlumatda qeyd edilib.