Adil Əliyev – yalnız rəsmi qurumlarımızın məlumatlarına istinad etməyinizi tövsiyə edirəm.

Əziz dostlar, Ermənistan tərəfindən törədilən növbəti təxribatlarla bağlı yayılan əsassız məlumatlara inanmamağı və yalnız rəsmi qurumlarımızın məlumatlarına istinad etməyinizi tövsiyə edirəm. Təəssüflər olsun ki, Ermənistan rəhbərliyi öz revanşist hislərindən əl çəkmir və xüsusilə son vaxtlar sistematik halda təxribatlar törədir. Cənubi Qafqazda sülhün qarşısında yeganə maneə Ermənistandır, Vətən müharibəsində aldıqları məğlubiyyət görünür ki, hələ də onlara dərs olmur. Bu səbəbdən də, törətdikləri təxribatların qarşısı rəşadətli ordumuz tərəfindən qətiyyətlə alınır və düşmənə ağır zərbələr vurulur. Ölkəmiz öz ərazi bütövlüyünü bərpa edib, suverenliyini və sərhədlərinin təhlükəsizliyini təmin etmək Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsasən Azərbaycanın hüququdur. Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı ordumuz Ermənistanın istənilən terror cəhdinin və təxribatlarının qarşısı alacaq, düşmənə bir daha ən ağır zərbə vuracaqdır. Dualarımız əsgərlərimizlədir!

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir