Adil Əliyev 22.08.2022-ci il tarixdə Milli Məclisə deputat seçildiyi 20 saylı Nərimanov ikinci seçki dairəsində yerləşən deputat ofisində şəhid ailələrinin, qazilərin və seçicilərin növbəti qəbulunu keçirtdi.
22.08.2022-ci il tarixdə Milli Məclisə deputat seçildiyim 20 saylı Nərimanov ikinci seçki dairəsində yerləşən deputat ofisimdə şəhid ailələrinin, qazilərin və seçicilərin növbəti qəbulunu keçirtdim. Qəbul zamanı qaldırılan sosial, humanitar, tibbi və müxtəlif məzmunlu məsələlər müzakirə edilərək bir qisminin yerindəcə həllinə nail olduq. Habelə müxtəlif məzmunlu sosial, məişət şəraitinin yaxşılaşdırılması və kommunal problemlərin aradan qaldırılması ilə bağlı müraciətlər araşdırılması və həll edilməsi üçün bütün aidiyyəti orqanlara sorğular hazırlandı. Eyni zamanda vətəndaşların mövcud qanunvericiliklə bağlı sualları cavablandırıldı, qarşılaşdıqları çətinliklərin həlli ilə əlaqədar zəruri məsləhətlər verilməklə, qanunvericiliyin tələbləri tərəfimdən izah edildi. Qəbul zamanı şəhid ailələri və qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirdilər. Nəzərinizə çatdırmaq istərdim ki, dövlət başçısının vətəndaşların müraciətlərinin dərhal həll edilməsi ilə əlaqədar müvafiq tapşırıqlarına uyğun olaraq, ünvanıma daxil olan bütün müraciətlərə yüksək həssaslıqla yanaşılır, qaldırılan bütün məsələlərin həll edilməsi məqsədilə zəruri addımlar atılır.
Arzu Paşaqızı .