8 sentyabr dünyada “Beynəlxalq Savadlılıq Günü” kimi qeyd edilir
8 sentyabr dünyada “Beynəlxalq Savadlılıq Günü” kimi qeyd edilir. Bu günün xüsusi əhəmiyyəti ondan ibarətdir ki, təhsilin, elmin, biliyin dünya üçün müstəsna dərəcədə vacibliyi bir daha diqqətə çatdırılır. Təhsilin ən mühüm komponentindən biri hamı üçün əlçatan olmasıdır. Prezident İlham Əliyevin təhsil sahəsi ilə bağlı verdiyi tapşırıqlara əsasən bu gün ölkəmizin ən ucqar kəndlərində belə məktəblər fəaliyyət göstərir, təhsil müəssisələrinin maddi-texniki bazası daha da möhkəmləndirilir, təhsilverənlərin sosial durumu yaxşılaşdırılır. Dövlətin bu sahədə apardığı səmərəli siyasətin əsas xəttini vətəndaşların savadlandırılması tutur, nəticə etibarilə şagirdlərimiz PİRLS, PİZA və TİMSS kimi beynəlxalq qiymətləndirmə proqramlarında müvəfəqiyyət qazanır, elm olimpiadalarında uğurla iştirak edirlər.