3 Oktyabr türkdilli ölkələrin əməkdaşlıq günüdür

0

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Keneşi) tarix, dil, kimlik və mədəniyyət kimi dörd əsas ünsür üzərində qurulan, üzv ölkələr arasında iş birliyi ilə həmrəyliyin inkişaf etməsi baxımından əhəmiyyətli regional platformadır.

2009-cu ilin 3 oktyabr tarixində Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasını həyata keçirən Naxçıvan Müqaviləsi imzalandı. Ona görə hər il oktyabrın 3-ü Türkdilli Ölkələrin Əməkdaşlıq Günü kimi qeyd olunur.

Türk Şurasının üzvü olan Azərbaycan da qardaş ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərə böyük əhəmiyyət verir.

Azərbaycan üzv ölkələr arasında qarşılıqlı inamın gücləndirilməsi, region və region xaricində sülhün qorunması, ortaq maraqları əhatə edən səmərəli iş birliklərinin təşviqi, ticarət və sərmayələr üçün müsbət şəraitin yaradılması kimi təşkilatın bütün məqsədlərinə sadiqdir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir