Dövlət Xidməti “Aztelekom” və “Baktelecom”a qarşı iş qaldırıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” (“Baktelecom”) MMC-lər barədə bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi əlamətləri üzrə iş qaldırıb.

Turanın səsi ”  bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qurum haqsız rəqabət hallarının qarşısının alınması istiqamətində araşdırmalarını davam etdirir. Adları çəkilən rabitə müəssisələrində də müşahidə olunan qiymət artımlarının antiinhisar qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə araşdırma aparılıb. Həmin müəssisələrlə bağlı özəl internet provayderlərindən də Dövlət Xidmətinə müraciətlər daxil olub və onlar tariflərdə olan artımın onların fəaliyyətinə mənfi təsir göstərdiyini qeyd ediblər.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ

Ù
TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir