Ziyad Səmədzadə növbəti dəfə deputatlığa namizəddir
VI çağırış Milli Məclisin bitərəf deputatı Ziyad Səmədzadə sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürüb.
Bu barədə “turaninsesi.az” -ın sorğusuna cavab olaraq deputatın köməkçisi bildirib.
“Ziyad müəllim sentyabrın 1-də keçiriləcək seçkilərdə namizədliyini irəli sürüb. O, seçki dairəsini dəyişməyib”,- açıqlamada deyilir.
Qeyd edək ki, Ziyad Səmədzadə 2020-ci il parlament seçkilərində 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputat seçilib. O, üçüncü, dördüncü, beşinci çağırışda da Milli Məclisin deputatı olub.
84 yaşlı siyasətçi VI çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Əmək və sosial siyasət komitəsinin üzvü, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Qırğızıstan, Özbəkistan, Portuqaliya, Rusiya, Sloveniya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI