Zeynal Nağdəliyevdən tapşırıq: Seçici siyahılarında dünyasını dəyişmiş şəxslər olmasın
Seçkiqabağı təşviqat üçün bütün namizədlərə bərabər şərait yaradılmalıdır.
“Turanın səsi ” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
O qeyd edib ki, bununla bağlı yerli icra orqanlarına tapşırıq verilib: “Avqustun 9-dək bu iş bitəcək”.
Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, seçici siyahılarının dürüstləşdirilməsi ən vacib məsələlərdən biridir: “Bu iş aidiyyəti qurumlar tərəfindən davam etdirilməlidir. İndiyə qədər seçicilərin sayı 22,2 % artıb. Bu, 28 iyuna olan rəqəmdir”.
“Çalışmalıyıq ki, seçici siyahılarında dünyasını dəyişmiş şəxslər olmasın”, – deyə Zeynal Nağdəliyev əlavə edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI