Zəngilan yaxın müddətdə cənnət məkanına çevriləcək -DEPUTAT
“44 günlük Vətən Müharibəsi bittikdən sonra, biz ilk dəfədir ki, “Zəngilan şəhər günü”-nü qeyd edirik. Bu həqiqətən də tarixi hadisədir”.
Bu barədə açıqlamasında millət vəkili Naqif Həmzəyev söyləyib. Millət vəkili deyir ki, işğaldan azad edilən bütün ərazilərimiz, eləcə də Zəngilanda görkəmli yenidənqurma tədbirləri baş tutur.
“İlk növbədə Zəngilanın Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıtması, onların öz dədə-baba yurdlarında həyatlarını davam etdirməsi, hər kəsin səbrsizliklə gözlədiyi hadisə idi. Bununla yanaşı biz Zəngilan Hava Limanının da açılışının şahidi olduq. Bu ərazilər yaxın gələcəkdə Nəqliyyat şəbəkəsinin mərkəzinə çevrilmək üçün əla fürsət olacaq”.
Deputat qeyd edir ki, quruculuq-abadlıq işlərinin bütün sahələr üzrə vüsət alması, Cənab Prezidentin bu ərazilərə, həmçinin, Zəngilana səfərinin də şahidi olduq.
“Bundan savayı, qardaş Türkiyə və Özbəkistanın prezidentlərinin də bu ərazilərə səfəri reallaşdı. Ağalı kəndinə məcburi köçkünlərin ilk dəfə təşrif buyurmaları çox uğurlu oldu. Bu hadisə digər rayonlarımıza sakinlərin yerləşməsinə başlanğıc oldu. Düşünürəm ki, tezliklə Zəngilanda bütün abadlıq tədbirləri yekunlaşacaq, rayon ərazisində Zəngilanların hər biri öz dədə-baba yurdlarında yaşayacaqlar”.
Naqif Həmzəyev əlavə edir ki, bu ərazilərdə bütün tikintilər müasir dövrün tələblərinə cavab verir.
“Eyni zamanda Zəngilan günəşli bölgə olaraq qiymətləndirildiynə görə, burada günəş elektrik stansiyalarının, alternativ enerji mənbəyi istehsal edəcək qurğuların şahidi olacağıq. Yaxında kənd təssərrüfatı istehsalı inkişaf edərək verimli hal alacaq, avtomobil-hava nəqliyyat sistemlərinin inkişafı böyük töhfələr verəcək. Zəngilan yaxın müddətdə Azərbaycanın iqtisadiyyatında çox önəmli yer tutaacaq. Yaxın gələcəkdə Zəngəzur kolidorunun da işə düşməsi ilə Zəngilandan Naxçıvana həm dəmir, həm də avtomobil yolu layihəsi reallaşacaq. Son illər ərzində Zəngilanda görülən işlər ondan xəbər verir ki, bu ərazilər yaxın müddətdə cənnət məkanına çevriləcək”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI