Zəngəzur dəhlizinin açılmasını əngəlləməsi, molla rejiminin riyakarlığının nəticəsidir-DEPUTAT

0

Aprel ayının 1-də İsrail Dəməşqdəki İran konsulluğunu yerlə yeksan etdi. Ötən iki həftə ərzində İran ən yüksək səviyyələrdə İsraili görünməmiş dərəcədə cəzalandıracağını bildirsə də, nəticə göz qabağındadır.

Uzun illər, molla rejiminin apardığı təbliğat, İran ordusunun, hərbi sənayesinin qüdrəti barədə uydurduğu nağıllar iflasa uğradı.


Bu barədə “Turanın səsi ” nə nə açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

İranın İsrailə 300 raket, dronlar atması və onların hədəfə çatmadan 99% -nin vurulması, bu ölkənin gücünün göstəricisidir. Diqqət çəkən əsas məqamlardan biri mollaların, əməliyyatdan 72 saat əvvəl İsraili və bölgə dövlətlərini hücum barədə məlumatlandırması idi. Digər bir məsələ isə, raketlər göydə uçan zaman İran parlamentindəki şadyanalıq və insanların küçələrə çıxarılması, möhtəşəm qələbə əhval-ruhiyyəsi yaradılması və bayram etmələri idi. Bütün bunlar, geri zəkalı molla rejiminin nə qədər gülməli, rəzil duruma düşməsini göstərir.
İndiki halda, İranın İsraillə müharibədə uğur əldə etməsi qeyri-mümkündür. Lokal toqquşmalar, İranın nüvə obyektlərinə zərbələr ola bilər. Ancaq, genişmiqyaslı müharibənin olacağını düşünmürəm.
İran tarixən, İslam dünyasının, parçalanması, ələlxüsus Türk birliyinin qarşısının alınması üçün Qlobal güclərin əlində alət rolunu oynamışdır. Bu gün də həmin siyasət aparılır. 1979-cu ildən bəri daha eybəcər şəkildə davam etdirilir.


Bir dənə də olsun İslam dövləti yoxdur ki, İran dostluq münasibətində olsun vı yaxud onların daxilində “hizbullah” tipli terrorçu qruplarını yaratmağa cəhd etməsin. Yeganə dostu Ermənistandır. Daxildə milyonlarla insanın hüquqlarının tapdalandığı, maddi cəhətdən əziyyət çəkdiyi halda Ermənistanı hərtərəfli dəstəkləməsi, silahlandırması, Zəngəzur dəhlizinin açılmasını əngəlləməsi, molla rejiminin riyakarlığının nəticəsidir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir