Yeni təyin olunan nazir haqda-DOSYE
Xəbər verdiyimiz kimi, Anar Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
“turaninsesi.az” yeni nazir haqda məlumatları təqdim edir:
1980-ci ildə Bakı şəhərində anadan olub.
2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavr pilləsini bitirib.
2002-ci ildə magistr dərəcəsi, 2006-cı ildə isə hüquq üzrə fəlsəfə doktoru dərəcəsi alıb.
2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsində baş məsləhətçi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli Sərəncamı ilə ölkə iqtisadiyyatının inkişafındakı xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. 3 fevral 2016-cı il tarixli Fərmanla Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının üzvü olub.
Hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri kimi fəaliyyət göstərib.
Evlidir, iki övladı var.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI