Yeni Baş prokuror kim olacaq? – İlham Əliyev bu vəzifəyə namizəd irəli sürdü

Azərbaycan Prezidenti İlham Əliyevin Baş prokuror vəzifəsinə təyinatla bağlı təqdimatı Milli Məclisə daxil olub.

turaninsesi.az“-ın əldə etdiyi xəbər görə, təqdimatda Kamran Bayram oğlu Əliyevin Baş prokuror vəzifəsinə yenidən təyin olunması təklif edilir.

Təqdimatla K.Əliyevin səlahiyyət müddətinin 5 il uzadılması təklif olunur.

Təqdimat Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunacaq.

Qeyd edək ki, ölkə Konstitusiyasının 133-cü maddəsinə görə, Baş prokuroru Prezident Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir. K.Əliyev 2020-ci ildən sözügedən vəzifədə çalışır.

Ona 2021-ci il noyabrın 23-də I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI