Yaşlı deputatlarla bağlı Etibar Əliyevdən açıqlama

0

MSK sədri Məzahir Pənahov isə bir müddət əvvəl bu tarixin irəli çəkilə biləcəyini açıqlayıb.

Milli Məclisdə isə hər 5 deputatdan biri 70 yaşını keçib.

Son günlər mətbuatda yaşlı deputatların yenidən deputat seçilməsi gündəmə çevrilib. İnsanlar bu mövzu ilə bağlı müxtəlif fikirlər ortaya qoyur. Vətəndaşlar daha çox gənclərin parlamentdə təmsil olunmasını istəyir.

Turanın səsi ” nə açıqlama verən Milli Məclisin deputatı Etibar Əliyev deyir ki, başqa ölkələrin parlamentində bəzən 80-90 yaşında konqresmenlərə rast gəlmək olur:

“Düşüncəmə görə, bu barədə yaşlı nəslin özü qərar verməlidir. 6-cı hissiyyatları göstərməlidir ki, onlar həqiqətən də insanlar tərəfindən rəğbətlə qarşılanır, yoxsa yox. Parlamentdə yaşlı deputatlar içərisində çox səmərəli fəaliyyəti olanlara da rast gəlmişəm”.

Deputatın sözlərinə görə, gəncliklə yaşlı nəsil arasındakı fəaliyyəti götürsək, dövlət üçün aktivik məsələlərində, deputatın üzərində düşən məsuliyyət mövzularında belə bir kəskin fərqlə müşahidə etməyib.

Etibar Əliyev vurğulayır ki, parlamentin gəncləşdirilməsi ilə bağlı ideya var:

“Təcrübəli deputatlara da böyük ehtiyac var. Bu gün bildiyimiz yaşlı deputatların əksəriyyəti alimlər, akademiklər və professorlardır. Onların özləri də gənc nəslə müəyyən məsələlərdə yol göstərməlidir”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir