YAP onun namizədliyini 7-ci dəfə irəli sürdü
Xəbər verdiyimiz kimi, bu gün hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbədənkənar iclası keçirilib. Ali qurumun iclasında sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısı təsdiqlənib.
“Turanın səsi ” xəbər verir ki, iqtidar partiyasının etimad göstərərək, namizədliyini irəli sürdüyü şəxslər arasında hazırkı deputat İmamverdi İsmayılov da var.
Qeyd edək ki, sonuncu dəfə 2020-ci ildə 125 saylı Zəngilan-Qubadlı dairəsindən deputat seçilən İmamverdi İsmayılov bundan əvvəlki 6 çağırışda millət vəkili olub. Onun namizədliyinin yenidən 125 saylı Zəngilan-Qubadlı dairəsindən irəli sürüldüyü bildirilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI