YAP-ın neçə deputatı olacaq? – MÜHÜM AÇIQLAMA 

Bu gün ölkəmizdə növbədənkənar parlament seçkiləri keçirilir. 125 dairədə 1000-dən çox namizəd deputat mandatı uğrunda mübarizə aparır.

turaninsesi.az” xəbər verir ki, səsvermə prosesi səhər saat 08:00-da start götürüb. Axşam 19:00-a kimi seçicilər özlərinin səsvermə hüququndan yararlana bilərlər. 

Hazırda ən çox bu sual maraq doğurur: Namizədlərdən kimlər deputat seçiləcək? 

Qeyd edək ki, seçki kampaniyasına start verildiyi gündən hakim Yeni Azərbaycan Partiyası(YAP) marafonun favoriti sayılır. YAP-ın namizədlərinin böyük əksəriyyətinin rəqiblərini üstələyəcəyi şübhə doğurmur.

YAP elitasında təmsil olunan şəxslərdən biri bununla bağlı “Yeni Sabah”a maraqlı açıqlama verib. Onun sözlərinə görə, seçki kampaniyasına start verildiyi ilk gündən YAP seçicilərin ən azı 70 faizinin etimadını qazanmaq üçün mübarizə aparır. Hakim partiya 80-dən çox dairədə qalib gəlmək əzmini ortaya qoyub.  

Mənbə deyib ki, YAP-ın bütün resursları ilə mübarizə apardığı dairələrin sayı 75-80 civarındadır. Onun fikrincə, bu gün hakim partiyanın minumum 75 dairədə qalib gələcəyi şübhə doğurmur. 

Qeyd edək ki, YAP Fazil Mustafa, Qüdrət Həsənquliyev, Asim Mollazadə, Razi Nurullayev, Elşad Musayev, Fəzail İbrahimli kimi tanınmış müxalifət nümayəndələrinin, o cümlədən, Aqil Abbas, Vüqar Bayramov kimi məhşur ictimai-siyasi xadimlərin namizəd olduqları dairələrdə mübarizəyə nisbətən zəif namizədlə qoşulub. Hakim partiyanın həmin dairələri müxalifət nümayəndələrinə və tanınmış ictimai xadimlərə güzəştə gedəcəyi gözlənilir. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir