YAP-ın deputatlarının sayı 2 nəfər azaldı 

Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisə növbədənkənar seçkilər keçirildi. Mərkəzi Seçki Komissiyası dünən gecə ilkin nəticələri açıqladı. Məlumat rəsmi olmasa da, bir neçə məntəqədə qeydə alınan qanun pozuntularının nəticələrə təsir etməyəcəyi aydındır. 

turaninsesi.az” xəbər verir ki, dünən 125 dairənin hər birində seçki baş tutmuş sayılıb. Hansısa dairədə nəticələrin ləğv edilməsi gözlənilmir. Beləliklə, Milli Məclisin yeni tərkibində hakim Yeni Azərbaycan Partiyasının (YAP) 68 üzvünün təmsil olunacağı məlum olub. 

Xatırladaq ki, YAP bundan əvvəlki – 2020-ci ilin fevralında keçirilən parlament seçkilərində Milli Məclisdə 70 vəzifə qazana bilmişdi. Bu isə o deməkdir ki, hakim partiyanın bu dəfə Milli Məclisdəki deputatlarının sayı 2 nəfər azalıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir