YAP-dan Əli Əhmədova böyük etimad – Bu posta gətirilir 

0

Xəbər verdiyimiz kimi, bugün VII çağırış Milli Məclisin ilk iclası keçiriləcək. 

turaninsesi.az“-ın əldə etdiyi məlumata görə, parlament rəhbərliyində təmsil olunacaq şəxslərin adları bəllidir. Milli Məclisdə çoxluğa sahib olan hakim Yeni Azərbaycan Partiyası sədr postuna deputat Sahibə Qafarovanın namizədliyini irəli sürüb. Sədrin birinci müavininin kimliyini də iqtidar partiyası müəyyən edib. Ən son məlumatlara görə, YAP Milli Məclis sədrinin birinci müavini postuna Baş nazirin sabiq müavini Əli Əhmədovun namizədliyini irəli sürüb. 

Qeyd edək ki, Milli Məclis sədrinin müavinləri vəzifəsinə deputat Musa Qasımlının və deputat Rafael Hüseynovun namizədlikləri irəli sürülüb. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir