DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Bu barədə “turaninsesi.az” – a xidmətdən məlumat verilib.
Bildirilib ki, abidənin önünə gül dəstələri qoyulub, soyqırımı zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.

Arzu Paşaqızı