Xəbərdarlıq alan icra başçılarının sevinci – Görün nəyə şükür edirlər…

0

Xəbər verdiyimiz kimi, ötən gün Bakının iki rayonunun rəhbərinə -Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyev və Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənova xəbərdarlıq edilib. Onlar rəhbərlik etdikləri rayonlarda yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarının və mövcud hasarların vəziyyətinin qeyri-qənaətbəxş olmasına görə cəzalandırılıblar. Hər iki icra başçısına qısa müddət ərzində bu sahədə dönüş yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib. 

Turanın səsi ” in əldə etdiyi məlumata görə, publik şəkildə cəzalandırılan icra başçıları barələrində verilən qərardan heç də məyus olmayıblar.  Əksinə, bu qərar onları o qədər məmnun edib ki, hətta sevinclərini yaxın ətraflarındakı adamlarla bölüşüblər. 

Adıçəkilən rayonlardan birinin icra hakimiyyətində məsul vəzifə tutan dövlət qulluqçusu bizimlə söhbət zamanı Quliyevin və Həsənovun sevincinin səbəbini açıqlayıb. Onun sözlərinə görə, hər iki icra başçısı “vurulacağını” gözləsə də, xəbərdarlıqla canlarını qurtara biliblər. 

Məlumatlı şəxs deyib ki, Bakının inzibati ərazisinə daxil olan rayonların icra başçılarının dəyişdirilməsi davam edəcək. Onun sözlərinə görə, Adil Əliyevin təyinatı ilə başlayan proses paytaxtın bütün rayonlarını əhatə edəcək.

Sırada Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovun və Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun olduğu bildirilir. Onlarla bağlı qərarın yaxın günlərdə elan ediləcəyi gözlənilir. Bunun ardınca isə paytaxtın digər rayonlarının icra başçıları yola salınacaq. 

Quliyev – Həsənov cütlüyünü sevindirən də məhz bu amildir. Onlar ümid edirlər ki, xəbərdarlıq aldıqları üçün bundan sonra ən azı 6 ay vəzifələrinin icrasını davam etdirmək şansları olacaq. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir