Vitse-spiker Adil Əliyev seçicilərilə görüşüb

Dekabrın 14-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev şəhid ailələrinin üzvləri və qazilər başda olmaqla növbəti dəfə seçicilərin qəbulunu keçirib. 

Turanın səsi ” xəbər verir ki , vətəndaşlar tərəfindən qaldırılan sosial, humanitar, təhsil və digər müraciətlərin bir qismi yerindəcə həll edilib. Habelə, qəbul zamanı qaldırılan digər məsələlərin həll edilməsi məqsədilə aidiyyəti üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular göndərilib.

Adil Əliyev qeyd edib ki, dövlət başçısının vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması, vətəndaşlarımızı narahat edən məsələlərin qısa zamanda həll edilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, mütəmadi şəkildə seçicilərin qəbulları həyata keçirilir. Eləcə də, daxil olan vətəndaş müraciətlərinə yüksək həssaslıqla yanaşılır, müraciətlər geniş şəkildə təhlil edilir və qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülür.

Görüşdə iştirak edən seçicilər səmimi qəbul üçün minnətdarlıqlarını bildiriblər, onlara göstərilən diqqətə görə razılıqlarını ifadə ediblər.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir