Tutulan sabiq başçının vəkili bəlli oldu

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Balakənin icra başçısı İslam Rzayevin vəkili bəlli olub.

turaninsesi.az ”  xəbər verir ki, onu vəkil Elvin Əliyev müdafiə edəcək.

İslam Rzayev korrupsiya cinayətlərində şübhəli bilinərək tutulub. Daha sonra Prezidentin Sərəncamı ilə vəzifəsindən azad edilib. O, təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra məhkəməyə çıxarılacaq.

Elvin Əliyev daha çox meyxanaçı Rəşad Dağlının vəkili kimi tanınır.

Arzu Paşaqızı